İcra başçısı Car sakinləri ilə görüşdü...

29 Noyabr 2018 15:41

Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Car kəndində sakinləri dinləyib. Səyyar qəbul çərçivəsində ilk öncə sakinlərə Respublikada, o cümlədən rayonda görülən abadlıq, quruculuq işləri barədə məlumat verilib. Kənd təsərrüfatının inkişafından danışılıb. Bildirilib ki, rayonun əsas məşğulluğunu və gəlirini təşkil edən fındıqçılığın inkişafı da buna bariz nümunədir. Son iki il ərzində rayonda mövcud olan 9 575 hektar fındıq bağı yeni əkilən bağlar sayəsində iki dəfəyədək artırılaraq,18 503 hektara çatdırılıb. Rayonda baramaçılıq, tütünçülük və gülçülük də öz inkişaf dövrünü yaşayır. Daha sonra kənddə görülən işlər və həllini gözləyən problemlərə toxunulub. Rayonun turizm mərkəzlərindən biri sayılan Car kəndində əsas problem əsasən yaz-yay aylarında içməli suya olan tələbatın tam ödənilməməsidir. Bundan başqa, kənddə yeni transformatorların quraşdırılmasına ehtiyac var. Sakinlərin müraciətlərini diqqətlə dinləyən icra başçısı, həlli istiqamətində aidiyyati qurumlara tapşırıqlar verib.