Soyuq havaların ləziz yeməyi - Buğ xəngəli..

29 Noyabr 2018 15:30
Azərbaycanın hər bir bölgəsi özünəməxsus mətbəx nümunələri ilə tanınır. Qaxac ət və ondan hazırlanan müxtəlif xəmir xörəkləri dedikdə isə ilk ağla gələn rayon Zaqataladır. İndi haqqında söhbət açacağımız buğ xəngəli də elə Zaqatala rayonunun Muxax kəndinə məxsusdur. Dadından doyulmayan bu yeməyin hazırlanma qaydası sizə də maraqlı gəldisə, ekranlara yaxın əyləşin.
Havalar süfrələrdə xəmir xörəklərinə daha çox yer ayrılır. İndi haqqında danışacağımız buğ xəngəli də Zaqatalanın hər bir ərazisində bişirilsə də, əsas məskəni Muxax kəndi sayılır. Əsasən qurudulmuş qaxac ətdən hazırlanan bu xəngəl digərlərindən fərqli olaraq, ətin buxarında bişirilir. Əvvəlcə qaxac ət iri tikələrə bölünərək, qazanda bişirilir. Paralel olaraq isə xəngəlin xəmiri yoğrulur. Xəmir yoğrulduqdan sonra kündəyə gəlməsi üçün 15-20 dəqiqə gözlənilir. Daha sonra hazır xəmir kündələrə ayrılır. Bu yeməyi quru ətlə yanaşı, təzə ətlə və toyuqlada bişirmək mümkündür. Buğ xəngəlini hazırlamaq bir qədər mürəkkəb olduğundan, təqribən iki saata yaxın vaxt sərf edilir. Buğ xəngəli təkcə rayonda deyil, hətta bütün Azərbaycanda məşhurdur. Dağlıq ərazidə yaşayan insanlar həm də uzunömürlülüyü ilə seçilib. Buna bir səbəb kimi də təbii və zəngin qidalanmaları göstərilir.