İqtisad universitetinin əməkdaşları Şəkidə...

28 Noyabr 2018 16:19
Azərbaycan Dövlət İqtisad Universitetinin əməkdaşları Şəkidə məktəblilərlə görüş keçirilib. Görüşdə Şəkidə yerləşən bir sıra məktəblərin 10-11 ci sinif şagirdləri iştirak edib. Şagirdlərə bildirilib ki, 1930-cu ildə əsası qoyulan Azərbaycan Dövlət İqtisad Universiteti Cənubi Qafqazda ən böyük iqtisad yönlü ali təhsil ocaqlarından biridir. Burada 11 fakültə fəaliyyət göstərir, 21 ixtisas üzrə 18 mindən çox tələbə və magistr təhsil alır. Mindən çox müəllim, o cümlədən sıralarında Milli Elmlər Akademiyasının, Nyu-York Elmlər Akademiyasının həqiqi üzvləri, Dövlət mükafatı laureatları, əməkdar müəllim və elm xadimlərinin olduğu 57 professor, 241 dosent çalışır. Universitetin Bakıdan əlavə, Zaqatala və Rusiya Federasiyasının Dərbənd şəhərində filialı fəaliyyət göstərir. Görüş diskussiya şəraitində davam edib. Şagirdlər onları maraqlandıran sualları təhsil ocağının əməkdaşlarına ünvanlayıblar.