İsmayıllıda şagirdlər maarifləndirildi...

28 Noyabr 2018 15:36

Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrol Xidməti Alayının 4-cü tağımı magistral yola yaxın olan məktəblərdə şagirdlərin piyada keçidlərindən düzgün istifadə qaydaları, əhəmiyyətli yollarda piyadaların təhlükəsizliyinin təmini mövzularında maarifləndirici tədbir keçirilib. Tədbirdə İsmayıllı rayon BDYPİ-nin YPXA-nın 4-cü tağımının komandiri və əməkdaşları, müəllimlər, şagirdlər və valideynlər iştirak ediblər. Tədbirin piyadaların, xüsusilə məktəblilərin magistral yolları keçərkən hərəkətin təhlükəsizliyinin təmini və hərəkət iştirakçılarının yol hərəkəti qaydalarına əməl etmələrinə nəzarətin gücləndirilməsi məqsədi ilə təşkil olunduğu bildirib. Maarifləndirici əhəmiyyət kəsb edən tədbirdə əsasən xidməti ərazidə baş vermiş YNH-nin səbəbləri və şəraiti, yaşayış məntəqələrində piyadaların hərəkəti, əsasən də kiçik yaşlı şagirdlərin nəzarətsiz yola tək buraxılması, valideyn məsuliyyətsizliyi və s. kimi məsələlər müzakirə olunub. Mövzu ətrafında geniş söhbət aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.