Şəkidə mikroavtobus piyadanı vurdu...

28 Noyabr 2018 12:13

Şəkidə piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Şəki sakini Abdurrahmanov Elmarın idarə etdiyi 55 BP 427 dövlət nömrə nişanlı mikroavtobus, yolu keçmək istəyən Şəki rayonu Aşağı Küngüt kənd sakini 38 yaşlı Məmmədli Səxavəti vurub. Zərərçəkən dərhal Şəki RMX-na çatdırılıb. Ona ağır qapalı kəllə beyin travması diaqnozu qoyulub və xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Müalicəsi davam etdirilir. Faktla bağlı araşdırma aparılır.