Zaqatala Tarix-Diyarşünaslıq Muzeyində bütün eksponatlar niyə nümayiş etdirilmir?

27 Noyabr 2018 15:35

Eksponat sayına və dəyərinə görə Respublikanın ən zəngin muzeylərindən biri olan Zaqatala Tarix-Diyarşünaslıq Muzeyi 1967-ci ildən fəaliyyət göstərir. Muzeyin sahib olduğu 10 min 393 eksponatın 4985-i əsas, 5408-i isə köməkçi fondda qorunub saxlanır. 16 ildir ki bu eksponatlardan cəmi 1029-u ekspazisiya zalında nümayiş etdirilir. Məsələ ilə əlaqədar artıq aidiyyati qurumlara məlumat verilib. Muzey əməkdaşları onlar üçün vəd edilən yeni binaya köçəcəkləri günü səbrsizliklə gözləyirlər. Qeyd edək ki, Zaqatala Tarix diyarşünaslıq muzeyi Bakı şəhərindən sonra qədim əlyazmalarının bərpa edildiyi yeganə muzeydir.1558 əlyazması olan muzeydə 2013-cü ildən etibarən TİKA təşkilatının yardımı ilə əlyazmaların bərpasına başlanılıb. Bu cür zəngin və hərtərəfli muzeyin gənc nəslə təbliği məqsədi ilə muzey əməkdaşları vaxtaşırı təhsil müəsisələrində olur, broşurlar hazırlayaraq muzeyə gələnlər arasında paylayır. Muzey rəhbərliyi tarix və hərbi vətənpərvərlik mövzusunda dərslərin təşkili üçün də muzeydə lazımı şəraitin olduğunu bildirir. Tariximizin, qədim yaşam tərzimizin, adət ənənələrimizin təbliği sahəsində muzeylərin rolu əvəzsizdir. Odurki, tariximizə, soykökümüzə sevgi hisslərini aşılamaq üçün gələcəyimiz olan bu günün uşaqlarının kiçik yaşlardan muzeylərdə olmaları vacibdir.