Qanunsuz sərnişindaşıma ilə məşğul olan mikroavtobus sürücülərinə qarşı reyd keçirildi...

27 Noyabr 2018 15:28

Şəkidə sərnişin daşınması üçün nəzərdə tutulan standartlara cavab verməyən, qanunsuz sərnişindaşıma ilə məşğul olan mikroavtobus sürücülərinə qarşı reyd keçirilib. Şəkidə Dövlət Yol Polisi bölməsi və Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Şəki Regional bölməsinin əməkdaşları yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, həmçinin sərnişindaşıma qaydalarını kobud şəkildə pozaraq insanların həyatını təhlükə altında qoyan mikroavtobus sürücülərinin müəyyən edilməsi məqsədi ilə reyd keçirib. Reyddə qanunsuz sərnişin daşıma ilə məşğul olan, həmçinin texniki cəhətdən nasaz, istismar müddəti bitmiş, mikroavtobuslar saxlanılıb və onların sürücülərinə qarşı inzibati tənbeh tədbirləri görülüb. Belə reydlərin mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur.