Yeni ailə quran cütlük dəm qazının qurbanı oldu...

27 Noyabr 2018 12:24

Şamaxıda yeni ailə quran cütlük dəm qazından zəhərlənərək dünyasını dəyişib. Hadisə səhər saatlarında Şamaxının M.Hadi ev 11 ünvanında qeydə alınıb. 26 yaşlı Feyzullayev Nafiz Siyasət oğlu və onun həyat yoldaşı 21 yaşlı Ağayeva Gülşən Rasim qızı ailə üzvləri tərəfindən vanna otağında huşsuz vəziyyətdə aşkarlanıb. Hadisə yerinə gələn Təcili Təxirəsalınmaz Tibbi yardım stansiyasının həkimləri onların öldüyünü müəyyən ediblər. Faktla bağlı araşdırma aparılır.