Şəkidə ağır qəza : 1 ölü, 5 yaralı...

27 Noyabr 2018 10:58

Hadisə rayonun Bolludərə kənd inzibati ərazisində, Sarıca-Bolludərə avtomobil yolunda qeydə alınıb. Bolludərə kənd sakini, Elçin Məmmədov idarə etdiyi 99 MG 416 dövlət qeydiyyat nişanlı “Chevrolet Niva” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə maşın yol kənarına aşıb. Sürücü hadisə yerində ölüb. Avtomobildə olan sərnişinlər, rayonun Bolludərə kənd sakinləri 28 yaşlı İsmayıl Hüseynov, 30 yaşlı Xəyalə Əhmədova, 10 yaşlı Həmayə Əhmədova, 26 yaşlı Pərvin Əhmədov , 21 yaşlı Sevinc Hüseynova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki RMX-na çatdırılıblar. Yaralılardan İsmayıl Hüseynov, Xəyalə Əhmədova və Həmayə Əhmədovanın vəziyyəti orta –ağır olaraq qiymətləndirilir, onların müalicəsi xəstəxananın cərrahiyyə şöbəsində davam etdirilir. Digər yaralıların vəziyyəti yüngül olduğundan ambulator müalicə almaq şərtilə evə buraxılıblar. Faktla bağlı araşdırma aparılır.