Qaxda növbəti “Milli mətbəx bayramı” keçirilib...

26 Noyabr 2018 16:42
Şəki Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı, Qax Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Qax şəhərində növbəti “Milli mətbəx bayramı” keçirilib. Festivalda 200-ə yaxın mətbəx nümunəsi sərgilənib.
Bayram tədbirində sərgilənən Qax mətbəxinə aid xəmir xörəkləri, müxtəlif növ plov, dolma və digər milli yeməklər, qaxac olunmuş ətdən hazırlanan xörəklər, həmçinin Şəki, Zaqatala, Balakən və Oğuz mətbəxindən nümunələr tədbir iştirakçılarının böyük marağına səbəb olub. 2015-cı ildə “Azərbaycanın Milli Mətbəx Paytaxtı” elan edilən Qax rayonunda “Milli mətbəx bayramı”nın keçirilməsi artıq ənənəyə çevrilib. Bayram tədbiri sonra Mədəniyyət Mərkəzinin zalında bədii proqramla davam edib.