Şəkinin Fazil kəndində yol qəzası baş verib...

26 Noyabr 2018 16:19

Daha bir yol qəzası bu gün Şəkidə baş verib. Şəkinin Fazıl kənd sakini Əli Əyyublu Aydınbulaq-Cəfərabad yolunun Cəfərabad kəndi ərazisindən keçən hissəsində “Vaz 21 07” markalı avtomobili ilə hərəkətdə olarkən Böyük Dəhnə kənd sakini Polad Nəbiyev “Opel” markalı avtomobili ilə qəfildən yola çıxıb. Nəticədə idarəetməni itirən “Vaz 21 07” markalı avtomobilin sürücüsü əvvəlcə digər avtomobilə dəyərək nəqliyyat vasitəsini aşırıb, sonra yol kənarında olan çökəkliyə salıb. Qəza nəticəsində avtomobilin sürücüsü Əli Əyyublu və sərnişini Daşqın Yunusov xəsarət alıb. Yaralılar Şəki Təcili və Təxirə Salınmaz Tibbi Yardım stansiyasının avtomobili ilə Şəki rayon Mərkəzi xəstəxanasına çatdırılıb. Qəzanın dəqiq səbəbləri aparılacaq araşdırmalardan sonra bəlli olacaq.