İsmayıllıda adı "Qırmızı Kitab"a düşən ayını ovlayanlar saxlanıldı...

26 Noyabr 2018 14:18

İsmayıllıda adı “Qırmızı Kitabı”a daxil edilmiş qonur ayını qanunsuz olaraq ovlayan şəxslərin kimliyi məlum olub. Belə ki, noyabrın 17-də İsmayıllı rayonunun Basqal meşəbəyliyinin ərazisində adı qonur ayının naməlum şəxslər tərəfindən ovlanması barədə “Şahdağ Milli Parkı”ndan İsmayıllı Rayon Polis Şöbəsinə müraciət daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ayını ovlamaqda şübhəli bilinən 6 nəfər müəyyən edilərək saxlanılıb. Onların rayonun Tircan kənd sakinləri Rasid Talıbov, Rahim Kazımov, Ağsu rayon sakinləri Mühasib Nuriyev, Asəf Hacıyev, Nüsrət Səfərov və qardaşı Səfər olduqları müəyyən edilib. Onlardan 4 ədəd “İJ” və 1 ədəd “Lavrona” markalı ov tüfəngləri götürülüb. Və ayının dərisi aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb.