Avtomobillər toqquşaraq yolun kənarında mağazaya girdi...

26 Noyabr 2018 14:09

Oğuzda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə axşam saatlarında şəhərin Dədə Qorqud küçəsində qeydə alınıb. Həmin küçə ilə hərəkətdə olan iki minik avtomobili toqquşub. Qəza zamanı Oğuz sakini, 32 yaşlı Kuhi Elnur Fərman oğlunun idarə etdiyi minik avtomobili toqquşmadan sonra yol kənarındakı mağazaya çırpılıb.Qəza nəticəsində sürücü aldığı bədən xəsarətləri ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, ona ilkin tibbi yardım göstərilib, vəziyyəti kafidir. Qəza zamanı avtomobillərdə olan iki qadın və iki uşaqsa xəsarət almayıb. Faktla bağlı araşdırma aparılır.