Şəkinin qızları növbəti matça hazırlaşır...

24 Noyabr 2018 17:10

Şəkinin 16 yaşlı qızlardan ibarət “Gənclik” futbol klubu AFFA-nın təşkilatçılığı ilə keçirilən U-16 Qızlar Liqasında növbəti oyuna hazırlaşır. Ötən tur "Xırdalan” komandasını 6-0 hesabı ilə darmadağın edən Şəki futbolçuları bu tur Bakıda 8 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin qızlardan ibarət komandası ilə qarşılaşacaq. Qarşılaşma turnir cədvəlində ilk yeri tutmaq baxımından çox əhəmiyyətlidir. Belə ki, hər iki klub 5 oyundan sonra maksimum nəticə ilə,15 xalla, 1-ci və 2-ci yeri bölüşürlər. Bombardirlər yarışında da Şəki qızları ön sıralardadır. Klubun hücumçusu Nahidə Məmmədova bu siyahıda şəriksiz liderdir. O, 5 oyuna rəqib qapılarından nə az , nə çox 14 top keçirib.