Şəkidə ər arvadını xəstəxanalıq etdi...

24 Noyabr 2018 14:44

Şəkidə ər arvadını döyüb. Hadisə İbrahimkənddə qeydə alınıb. Kənd sakini 26 yaşlı Türkan Məmmədova axşam saatlarında müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki RMX-na çatdırılıb. Zərərçəkən müayinə olunarkən öz əri tərəfindən döyüldüyünü bildirib. Ona sol döş qəfəsinin yumşaq toxumalarının əziyi diaqnozu qoyulub və cərrahiyyə şöbəsinə yerləşdirilib. Vəziyyəti kafi olaraq qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.