Zaqatala rayonunda avtomobil yanıb

24 Noyabr 2018 12:46

Hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun Zaqatala rayonu ərazisindən keçən hissəsində, şəhərin girişində baş verib. Mahir İsmayıl oğlu Muradov idarəetdiyi "Mersedes" markalı 90 UP 119 dövlət nömrə nişanlı minik avtomobili ilə hərəkətdə olarkən qəfildən maşının mühərrikində yanğın baş verib. Hadisə yerinə FHN-nin Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Avtomobilin tam yanmasının qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmayıb. Avtomobildə baş verən yanğın nəticəsində magistral yolda qısamüdətli tıxac yaranıb. Faktla bağlı araşdırma aparılır.