Elxan Usubov Çayqaraqoyunlu kənd sakinləri ilə görüşüb...

23 Noyabr 2018 16:53

Şəki şəhər icra hakimiyyəti başçısı Çayqaraqoyunlu kənd sakinləri ilə görüşüb. Görüşdə prezident aparatının sektor müdiri də iştirak edib. Elxan Usubov regionların sosial iqtisadi inkişafı çərçivəsində Şəkidə aparılan abadlıq-quruluculuq işlərindən danışıb. Həyata keçiriləcək layihələrdən bəhs edib. Prezident İlham Əliyevin Şəkiyə səfəri və yeni istifadəyə verilən obyektlər barədə kənd sakinlərinə ətraflı məlumat verilib. Daha sonra sakinlərin müraciətləri dinlənilib. Sakinlər kənddə uşaq bağçasına da ehtiyac olduğunu, məktəbin təmir-bərpa edilməsini, kəndin daxili yollarının asfaltlanmasını, köhnə elektrik dirəklərinin və qəzalı transfarmatorun yenilənməsini xahiş ediblər. Görüşdə kənd sakinlərini narahat edən digər məsələlər də müzakirə edilib. Aidiyyatı qurumlara xəbərdarlıq edən icra başçısı problemlərin tezliklə aradan qaldırılmasını tapşırıb.