Ədliyyə işçilərinin peşə bayramı Balakəndə də qeyd edilib...

22 Noyabr 2018 16:46

Ədliyyə işçilərinin peşə bayramı günü Balakən rayonunda da qeyd edilib. Rayon Rəhbərliyi, Ədliyyə və Hüquq Mühafizə orqan əməkdaşları ilk öncə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət ediblər. Ədliyyə işçilərinin peşə bayramı münasibəti ilə təşkil edilən konfransda son illər məhkəmə sistemindəki islahatlar və görülən işlərdən bəhs edilib, Azərbaycan Ədliyyəsinin tarixi, keçdiyi yol və mərhələlər barədə geniş məruzələr dinlənilib. Sovet dövründə ədliyyə orqanlarının səlahiyətlərinin məhdudlaşdırıldığı, Azərbaycanın müstəqillik əldə etməsindən sonra yenidən öz gücü və qüdrətinə qovuşduğu vurğulanıb. Sonda Ədliyyə işçilərinin peşə bayramı ilə əlaqədər öz işində fərqlənən Məhkəmə əməkdaşlarına Rayon İcra hakimiyyətinin fəxri fərmanı, keçmiş ədliyyə işçisinə isə mükafat təqdim edilib.