İsmayıllı rayonunda Azərbaycan Ədliyyəsinin 100 illik yubileyi qeyd olunub...

22 Noyabr 2018 14:45

İştirakçılar ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edib, önünə tər çiçəklər düzüblər. Ardınca Rayon Administrasiyası və İsmayıllı Ədliyyə Şöbəsinin rəsmilərinin iştirak etdiyi tədbirdə Azərbaycanın ədliyyə sisteminin zəngin tarixindən, ölkəmizin yenidən dövlət müstəqilliyi əldə etdikdən və ümummilli lider Heydər Əliyevin respublika rəhbərliyinə qayıdışından sonra ədliyyə orqanlarının işinin müasir tələblər səviyyəsində qurulmasından danışılıb. İcra hakimiyyətinin başçısı Mirdamət Sadıqov məhkəmə-hüquq sahəsində aparılan islahatlar nəticəsində ədalət mühakiməsinin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini vurğulayaraq, ədliyyə işçilərinə fəaliyyətlərində uğurlar arzulayıb. Tədbirin sonunda bir qrup ədliyyə işçisi Fəxri Fərmanla mükafatlandırılıb.