İsmayıllıda Yeni Azərbaycan Partiyasının 26-cı ildönümü qeyd edilib...

22 Noyabr 2018 14:17

İsmayıllıda Yeni Azərbaycan Partiyası rayon təşkilatı partiyanın yaradılmasının 26-cı ildönümünü qeyd edib. Tədbirdən öncə Ümummilli liderin xatirəsi anılıb, iştirakçılar Heydər Əliyevin abidəsi önünə gül-çiçəklər düzərək dahi şəxsiyyətə sevgi və ehtiramlarını bildiriblər. Partiyanın fəaliyyətinin əks edildiyi filmin nümayişi ilə başlayan tədbirdə 25 il bundan öncə fəaliyyətə başlayan rayon təşkilatının İsmayıllının ictimai-siyasi, mədəni və təsərrüfat həyatında aparıcı rolundan danışılıb, üzvlərin sayı 8429 nəfərə çatıb. Partiyanın yaranmasından, keçdiyi inkişaf yolundan, Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan uğurlardan söz açılıb. Azərbaycanda hüquqi dövlət quruculuğunun inkişaf strategiyasının ulu öndər tərəfindən hazırlandığı və bunun alternativinin olmadığı da vurğulanıb. Tədbirdə bir qrup gəncə partiya üzvlük vəsiqələri və diplomlar təqdim olunub. Gündəlikdə duran məsələlərlə bağlı müvafiq qərarlar qəbul olunub.