Şəkidə avtomobil ağaca çırpıldı...

21 Noyabr 2018 16:59

Şəkidə günorta saatlarında qəza baş verib. Hadisə Şəki-Oxud yolunda qeydə alınıb. Şəki şəhər sakini Təbriz Eyvazov idarə etdiyi 10-BH-962 nömrəli Mersedes markalı avtomobillə hərəkətdə olarkən idarə etməni itirərək nəqliyyat vasitəsini yolun kənarındakı ağaca çırpıb. Nəticədə sürücü ağır bədən xəsarətləri Şəki RMX-na çatdırılıb. Vəziyyəti ağır olaraq qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.