Pulu harda saxlamalı?

21 Noyabr 2018 16:48

Ölkəmizdə banklara müraciət edənlərin sayı çox olsa da, müraciətlər əsasən kredit götürülməsi ilə bağlı olur. Əsasəndə regionlarda yaşayan əhali arasında öz vəsaitlərini banklara yerləşdirənlərin sayı olduqca azdır. Buna səbəb bank şərtlərinin əhalini qane etməməsi, yaxud da inamsızlıqdır. Evdə saxlanılan pulların təhlükəsizliyinə də heç kim zəmanət vermir. Digər tərəfdən isə bu pullar əlavə gəlir gətirməməklə yanaşı, dəyərini də tədricən itirir. Düzgün istifadə etmək, tədbirli olmaqla pulu daha yaxşı dəyərləndirmək, artırmaq olar. Əlbəttə, buna bəzən zaman və məkan amili də öz təsirini göstərir. Min bir əziyyətlə qazandığımız gəliri itirməmək, əksinə artırmaq üçün bu amilləri vaxtında və düzgün qiymətləndirmək lazımdır.