Ədliyyə işçiləri kimsəsiz uşaqları sevindirdi...

21 Noyabr 2018 16:29

Şəki Apellyasiya məhkəməsi, Şəki Ağır-Cinayətlər məhkəməsi, Şəki İnzibati-İqtisadi məhkəməsi və Şəki Rayon Məhkəməsinin təşkilatçılığı ilə Şəki qarışıq tipli uşaq evinin kimsəsiz uşaqlarına bayram süfrəsi açılıb. Valideyn himayəsindən məhrum olan uşaqların əylənmələri üçün şənlik təşkil edilib. Tədbirdə əsas məqsəd valideyn himayəsindən məhrum olmuş uşaqlara mənəvi dəstək vermək və onlara sevincli anlar bəxş etmək olub. Məhkəmə əməkdaşları da bu əyləncəyə qoşulub, uşaqlarla rəqs edib, əyləniblər.