“Mazımçay” Gömrük-Keçid Məntəqəsinin əməkdaşı qəzada öldü...

21 Noyabr 2018 13:10

Balakəndə ölümlə nəticələnən qol qəzası olub. Hadisə noyabrın 21-i gecə saat 01:00 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Balakən rayonu Poçtbinə kəndi ərazisindən keçən hissəsində baş verib. 1985-ci ildə Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunda doğulan, hazırda Balakən rayonunda kirayədə yaşayan Ülvi Mütəllim oğlu Əliyev idarəetdiyi minik avtomobili ilə yol qəzası törədib. Qəzada müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan Ülvi Əliyev Balakən Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda ölüb. Ülvi Əliyev “Mazımçay” Gömrük-Keçid Məntəqəsinin əməkdaşıdı. Faktla bağlı araşdırma aparılır.