Zaqatalada yol qəzasında iki gənc həyatını itirdi...

21 Noyabr 2018 12:14

Zaqatalada baş verən ağır yol qəzasında iki nəfər ölüb. Hadisə axşam saat 22 radələrində Zaqatala-Danaçı-Aşağı Çardaqlar avtomobil yolunun Danaçı kəndi ərazisindən keçən hissəsində baş verib. Rayonun Aşağı Çardaqlar kənd sakini, 29 yaşlı Emil Şamil oğlu Kahayev idarə etdiyi "Lada Priora" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yoldan çıxaraq yol kənarındakı ağaca çırpılıb. Qəza zamanı sürücü Emil Kahayev aldığı müxtəlif dərəcəli ağır bədən xəsarətlərdən hadisə yerində dünyaslnl dəyişib. Avtomobildə olan sərnişin, Emil Kahayevin həmkəndlisi, 21 yaşlı Amid Əhməd oğlu Şabanov isə aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirlsə də, aparılan tibbi müdaxilələrə baxmayaraq gecə 1 radələrində dünyasını dəyişib. Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.