Zibil atmaq istədi, qəzaya düşdü...

21 Noyabr 2018 10:49

Şəki rayonunda zibil daşıyan maşın 84 yaşlı qadını vuraraq öldürüb. Hadisə şəhərin Yaqub Süleymanov küçəsində qeydə alınıb. Həmin küçədə ev 14 ünvanında yaşayan Təyarə Abdulla qızı Hüseynova zibil atarkən avtomobil vurub. Yaralı Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Təyarə Hüseynova ilkin tibbi yardım göstərilib və öz istəyilə evinə aparılıb. Zərərçəkən bir neçə müddət sonra evində dünyasını dəyişib. Faktla bağlı Şəki şəhər rayon Polis şöbəsində araşdırma aparılır.