Şəkidə usta hündürlükdən yıxılaraq ölüb...

20 Noyabr 2018 17:26

Şəki rayonunda usta təmir zamanı hündürlükdən yıxılaraq ölüb. Hadisə Şəki şəhərinin M.Ə.Rəsulzadə küçəsi, ev 63 ünvanında baş verib. Həmin ünvanda hündürlükdə təmir işləri aparan rayonun İncə Zunud kənd sakini, 52 yaşlı Kərəm Beydi oğlu Qarayev ehtiyatsızlıqdan yıxılıb. Ağır bədən xəsarətləri alan Kərəm Qarayev travmatik şok vəziyyətdə Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Xəstəxanadan bildirlib ki, Kərəm Qarayev xəstəxanaya daxil olduqdan bir-neçə dəqiqə sonra aldığı xəsarətlərdən ölüb. Faktla bağlı araşdırma aparılır.