Ölkəmizi tanımaq üçün yola çıxan məktəblilərin Qəbələ təəssüratı...

20 Noyabr 2018 17:17

“Ölkəmizi tanıyaq” devizi altında təşkil edilən maarifləndirici tur-aksiya çərçivəsində Ağdaş, Füzuli, Göygöl, Siyəzən, Tovuz məktəblilərindən ibarət 5 qrupun üzvləri Qəbələ rayonuna gəliblər. Şagirdləri Qəbələ şəhərində rayon icra hakimiyyətinin və təhsil şöbəsinin nümayəndələri qarşılayıblar. Məktəblilər Qəbələnin tarixi abidələri, turizm obyektləri, mənzərəli güşələri, adət-ənənələri, eləcə də son illər inşa edilən istehsal müəssisələri və sosial obyektləri ilə tanış olublar. Heydər Əliyev Mərkəzini ziyarət edən məktəblilər burada ulu öndər Heydər Əliyevin həyatını və siyasi fəaliyyətini əks etdirən fotoşəkillər və sənədlərlə tanış olublar. Sonra məktəblilər Qış-Yay Turizm İstirahət Kompleksi, Heydər Əliyev adına Konqres Mərkəzini gəziblər, eləcə də Nic qəsəbəsi və Çuxur Qəbələdə Qədim Qəbələnin tarixi ilə yaxından tanış olublar. Məktəblilər səfər zamanı qədim və müasir Qəbələ şəhərini heyranlıqla seyr etdiklərini bildiriblər .