Motal pendirlərinə tələbat niyə azalıb?

19 Noyabr 2018 17:42
Özünəməxsus qaydada hazırlanır, qoyun dərisində saxlanılır. Söhbət bir zamanlar çoxlarının, indi isə bəzilərinin ağız dadı olan motal pendirindən gedir. Bəzilərinin dedim çünki son dövrlər bu pendirə təlabat bir xeyli azalıb. Elə İsmayıllı bazarında da satıcılar hazırlanması günlər sürən bu pendiri sata bilməməklərindən gileylənirlər.
Motal pendirlərinə tələbat azalıb. Bu pendirin ən çox hazırlandığı rayonlardan biri də İsmayıllıdır. Satıcıların sözlərinə görə, əvvəllər daha çox satılan motal pendirlərini indi tək-tük alan var. Qiymətlər də ötən ilkinə nisbətən 1-2 manat enib. Qiymətlər pendiri hazırlandığı süddən asılı olaraq dəyişir. Motalda hazırlanan pendir daha təbii olduğu üçün orta və yaşlı nəslin nümayəndələri əsasən bu məhsula üstünlük verdiklərini deyirlər. Satıcılar da deyirlər ki, motalda hazırlanan pendirlərə gənclər çox da maraq göstərmir. Tələbatın azalmasının da əsas səbəbi budur. Satıcılar bildirirlər ki, Rusiya və digər ölkələrə gedən həmvətənlərimiz motal pendirini daha çox alıb aparır. Pendirin xarici bazarlara çıxışını təmin etməklə satışı artırmaq olar.