Azərbaycan ədliyyəsinin 100 illik yubileyi münasibətilə tədbirlər davam edir...

19 Noyabr 2018 17:15

Şəkidə Regional Ədliyyə İdarəsi və Şəki Penitensiar xidməti əməkdaşları Azərbaycan Ədliyyəsinin 100 illik yubileyi münasibəti ilə Heydər Əliyevin abidəsi önünə gül qoyub, xatirəsini yad ediblər. Daha sonra hər iki qurumun əməkdaşları Heydər Əliyev mərkəzini gəzib, burada sərgilənən fotolar və sənədlərlə yaxından tanış olublar. Mərkəz barədə və onun fəliyyəti haqda ədliyyə işçilərinə ətraflı məlumat verilib. Binada fəaliyyət göstərən elektron kitabxana, iclas zalları, etika klubu və sair məşğələlər barədə qurum əməkdaşları məlumatlandırılıb. Mərkəzlə tanışlıqdan sonra ədliyyə işçiləri Bayraq Muzeyini gəziblər. Muzeydə sərgilənən müxtəlif dövrlərə aid xanlıqların bayraqları, sovet dövründə istifadə edilən bayraq və gerblər, qədim qəpiklər, medallar və sərgilənən digər əşyalar barədə qurum əməkdaşlarına məlumat verilib.