Şəki Regional Ədliyyə İdarəsində Açıq Qapı Günləri...

19 Noyabr 2018 17:01

Azərbaycan Ədliyyəsinin 100 illik yubileyi münasibəti ilə Şəki Regional Ədliyyə idarəsində 19-21 noyabr tarixlərində açıq qapı günləri keçirilir. Vətəndaşlar bu günlərdə Şəki Regional Ədliyyə idarəsində Azərbaycan ədliyyəsinin tarixini, inkişaf mərhələləri, müasir ədliyyə sistemi, ayrı-ayrı ədliyyə oraqanlarının, o cümlədən Şəki Regional Ədliyyə idarəsinin fəaliyyəti barədə ətraflı məlumat əldə edə bilərlər. Vətəndaşlara Şəki Regional Ədliyyə idarəsinin fəaliyyəti ilə yaxından tanış olmaq üçün hərtərəfli şərait yaradılacaq.