Tibb kollecinin tələbələri maarifləndirildi...

19 Noyabr 2018 16:43

Uşaq və yeniyetmələrin iştirakı ilə baş verən yol nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə təhsil müəssisələrində dyp –nin maarifləndirmə tədbirləri davam edir. Növbəti belə görüş Şəki şəhərində yerləşən Tibb Kollecdə baş tutub. Bu dəfə kollecin tələbələrinə əməl edilməsi vacib olan yol hərəkəti qaydalarından danışılıb. Tələbələrə yolu qarşıdan qarşıya keçərkən qulaqcıqlardan istifadə etməmələri tövsiyyə olunub. Görüş diskussiya şəraitində davam edib. Tələbələr də onları maraqlandıran sualları dyp əməkdaşına ünvanlayıblar. Sonda DYP-nin hazırladığı, yol hərəkəti qaydalarının qeyd olunduğu xüsusi guşə kollecə təqdim edilib.