"Hər ailə ağac əksin"

17 Noyabr 2018 17:28

Ölkə prezidentinin yeni yaşıllıqların salınması ilə bağlı tövsiyə və tapşırıqlarına uyğun olaraq ağac əkilməsinin təşviqi məqsədilə “Hər ailə ağac əksin” devizi altında Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən başlanan və ənənəvi hal alan aksiya noyabrın 17-də Şəki rayonunda davam etdirilib. Ağac əkilməsinin təşviqi kampaniyasında vətəndaşlara, ümumilikdə 2500 ədəd sərv, alma, ərik, şaftalı və həmişəyaşıl ağac tingləri paylanılıb. Həmçinin bugün kampaniya daha kütləvi xarakter alaraq məktəblərdə “Bir şagird bir ağac əksin və qorusun” devizi altında da keçirilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycanı yaşıl diyara çevirmək məqsədilə hər kəsi ağac əkməyə və payız əkini kampaniyalarına qoşulmağa çağırır.