Qəzalara səbəb olan təhlükəli yol...

16 Noyabr 2018 18:05

İndi sizə təqdim edəcəymiz süjet təhlükəli yollarından biri hesab olunan Şamaxı-Göylər-Padarçöl avtomobil yoludur . Bu yolda dəfələrlə ağır yol nəqilyyat hadisələri baş verir ki, əksəriyyəti də ölümlə nəticələnir. Elə sonuncusunu ötən həftə təqdim etmişdik. Həmin yolda avtomobil qoyun sürüsünə girmişdi. Sakinlər iddia edir ki, ərazidə yol nişanlarının qoyulmasına baxmayaraq sürücülər yüksək sürətlə hərəkət edirlər. Bu da qəzaları qaçılmaz edir. 54 km uzunluğunda olan və 18 yaşayış mətəqəsini birləşdirən Şamaxı-Göylər-Padarçöl avtomobil yolu Bakı-Şamaxı-Yevlax magistralı ilə Bakı-Qazax yolunu birləşdirən əsas yollardan biridir. Magistral yol Şamaxının ən böyük kəndi olan Göylər kəndinin mərkəzindən keçir. Ərazidə iki piyada keçidi , 10-a yaxın yol hərəkəti qaydalarını bildirən lövhələrin quraşdırılmasına baxmayaraq, əksər sürücülər avctomobillərini yüksək sürətlə idarə edir. Məsələnin digər tərəfi isə daha çox narahatçılığa səbəb olur. 12 mindən çox əhalisi olan Göylər kəndində 2 məktəb, bir uşaq bağçası fəaliyyət göstərir. Hər gün onlarla uşaq da məhz bu yoldan istifadə etmək məcburiyyətində qalır. Bu isə təhlükənin miqyasının nə qədər böyük olduğunu göstərir. Ekspertlərin fikrincə, bu cür magistral yollarda qaydalara əməl etməyən sürücülərə qarşı cəza tədbirləri ilə yanaşı, maarifləndirici tədbirlərin görülməsinə də ehtiyac var. Həmçinin dünyanın müxtəlif ölkələrində istifadə olunan təhlükəsizlik metodları da bu cür magistrallarda tətbiq oluna bilər. Hər halda vəzifələrində göstərildiyi kimi sürücü yol hərəkəti şəraitini, nəqliyyat vasitəsinin və yükün xüsusiyyətlərini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən edilmiş məhdudiyyətdən artıq olmayan sürətlə idarə etməlidir. Bu isə məsuliyyətin əsas hissəsinin sürücüdə olduğunu açıqca ifadə edir.