“Ekologiya şagirdlərin gözü ilə”

16 Noyabr 2018 16:56

“Ekologiya şagirdlərin gözü ilə” adlı layihə çərçivəsində Şəki şəhər 17 saylı orta məktəbdə baş tutan tədbirdə 10 orta məktəb şagirdinin hazırladığı sərgi keçirilib. Sərgi çərçivəsində şagirdlərin əl işləri, çəkdikləri rəsmlər sərgilənib. Sərgini iştirakçılar böyük həvəslə izləyib, maraqlı rəsmlər və əl işləri ilə tanış olublar. Konfrans zalında davam edən tədbirdə ekologiya və ekologiyanı pozan amillər, bunların qarşısının alınması uğrunda görülə biləcək tədbirlər haqqında danışlıb. Layihə müddətində 1500-dən çox şagird ekoloji cəhətdən maarifləndirilib. Baş Zəyzid kənd orta məktəbi sərgi üzrə qalib elan edilib, ən yaxşı mövzu nominasiyasına isə Qoxmuq kənd orta məktəbi layiq görülüb. Tədbirdə iştirak edən aktiv şagird və müəllimlərə fəxri fərman və hədiyyələr təqdim olunub.