İsmayıllıda narkomaniyaya qarşı mübarizə məqsədli müzakirələr aparılıb...

16 Noyabr 2018 16:25

İsmayıllıda isə narkomaniyaya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə məqsədli müzakirələr aparılıb. Tədbirdə Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupu, Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə İsmayıllı peşə tədris mərkəzi, eləcədə İsmayıllı dövlət humanitar və texnologiya kollecinin müəllim və tələbə heyəti iştirak edib. Çıxış edənlər təhsil müəssisələrində təhsil işçiləri, məktəblilər və tələbələr arasında narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar, erkən müalicənin labüdlüyü, həmçinin narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə ətraflı mlumat veriblər. Eyni zamanda Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya yox deyək”, “Sağlam ailə naminə narkotiklərə yox deyək” və s adlı bukletlər, yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri, digər təbliğat materialları təlim iştirakçılarına verilib.