Elxan Usubov Baş Layısqı sakinləri ilə görüşüb...

15 Noyabr 2018 17:51

Şəki şəhər icra hakimiyyəti başçısı növbəti səyyar qəbulunu keçirib. Elxan Usubov Baş Layısqı kənd sakinləri ilə görüşüb. İlk öncə İcra başçısı Şəkidə aparılan abadlıq-quruluculuq işlərindən danışıb. Həyata keçiriləcək layihələrdən bəhs edib. Daha sonra sakinlərin müraciətləri dinlənilib. Onları daha çox narahat edən məsələlər müzakirə edilib. Sakinlər kənddaxili yollarda yaşadıqları problemləri dilə gətiriblər. Həmçinin kənddə yerləşən orta məktəbin təmir olunmasını istəyiblər. İcra başçısı mövcud problemlərin aradan qaldırılması üçün aidiyyatı qurumlara tapşırıqlarını verib. Müraciətlərin qısa zamanda həll olunacağını bildirib.