Rasim Ocaqovun 85 illiyi münasibətilə açıq dərs keçirilib...

15 Noyabr 2018 17:06

Şəki şəhər 3 nömrəli tam orta məktəbdə görkəmli Azərbaycan kinorejissoru, kinooperatoru, ssenaristi, xalq artisti Rasim Ocaqovun anadan olmasının 85 illiyi münasibətilə açıq dərs keçirilib. Rasim Ocaqovun həyat və yaradıcılığından bəhs edilən dərsdə bildirilib ki, görkəmli sənətkarın quruluş verdiyi bir çox filmlər Azərbaycan kino tarixinə silinməz izlər qoyub. "Qatır Məmməd" , "Həm Ziyarət, həm ticarət" , "Təhminə" , "İstintaq" və s. filmləri hələ də tamaşaçılar tərəfindən sevə sevə izlənilir.