Şəki “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində sayca 10-cu qonaqlarını qəbul edib...

15 Noyabr 2018 16:55

Şəki artıq 10-cu dəfə ölkəmizi taniyaq layihəsi çərçivəsində 5 rayondan məktəbliləri qəbul edib. İlk olaraq Sabirabad, Saatlı, Qubadlı, Cəbrayıl və Cəlilabad məktəbləri Şəkiyə səfər ediblər. Tur-aksiya iştirakçıları Şəki ilə tanışlığa Heydər Əliyev mərkəzindən başlayıblar. Məktəblilər burada ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, mərkəzin fəaliyyəti ilə tanış olublar. Şagirdlərə Şəkinin tarixi, qədimliyi, burada yerləşən abidələr barədə ətraflı məlumat verilib. Bundan sonra isə tur-aksiya iştirakçıları Şəkinin tarixi yerlərini gəzmək üçün yola düşüblər. İlk öncə Yuxarı Baş Dövlət Tarix Memarlıq qoruğunu gəzən məktəblilər Şəki Xan Sarayında olublar, qala divarları içərisində yerləşən abidə və muzeyləri gəziblər.