Zaqatalada gənc qızı maşın vurdu, vəziyyəti ağırdır...

15 Noyabr 2018 16:24

Zaqatalada piyada vurulması ilə nəticələnən yol qəzası baş verib. Rayonun Yuxarı Tala kəndi ərazisində baş verən hadisədə kənd sakini, Şabanov Oruc Abdulməcid oğlu edarə etdiyi “NazLifan” markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən piyada, Yuxarı Tala sakini, 22 yaşlı Həmzəyeva Məryəm Nəriman qızını vurub. Qəzadan sonra Məryəm Həmzəyeva Zaqatala MRX-na aparılıb. Faktla bağlı Zaqatala rayon polis Şöbəsində araşdırma aparılır.