Sürücülər, diqqətli olun!

15 Noyabr 2018 16:15

Bu gün avtomobillərdə pərdə və jalüzlərdən istifadə üçün icazə müddəti başa çatır. "Yol hərəkəti haqqında" qanuna edilən 1 saylı əlavənin tələbinə əsasən, nəqliyyat vasitəsinin şüşələrinə görünüşü məhdudlaşdıran, şəffaflığı korlayan pərdə, plyonka və digər qurğuların quraşdırılaraq istismarı yolverilməzdir. Hər il mayın 1-dən noyabrın 15-dək nəqliyyat vasitələrinin arxa yan qapı şüşələrinə standarta uyğun sənaye üsulu ilə hazırlanan jalüzlərin vurulmasına icazə verilir. Buna görə də sürücülər icazə müddətinin başa çatmasını nəzərə almalıdırlar. Bununla bağlı inzibati xətaya görə avtomobil sahibləri 150 manat məbləğində cərimə olunurlar.