Şəki Məhkəmə Kompleksində fəaliyyət göstərən məhkəmələr tərəfindən qanvermə aksiyası keçirilib...

14 Noyabr 2018 17:34

Аzərbаycаn Ədliyyəsinin 100 illik yubileyi ilə bağlı nəzərdə tutulan tədbirlər sırasında Şəki Məhkəmə Kompleksinin inzibati binasında kompleksdə fəaliyyət göstərən Şəki Apellyasiya, Şəki Rayon, Şəki İnzibati-İqtisadi və Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimlərinin və aparat işçilərinin iştirakı ilə könüllü qanvermə aksiyası keçirilib. Aksiyada iştirak edən donorlar ilk öncə Mərkəzi Qan Bankının Şəki filialının həkimlərinin nəzarətindən keçərək qan verməyə cəlb olunublar. Bildirilib ki, aksiya zamanı tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq. Könüllü qanvermə aksiyası günortayadək davam edib.