“Mənəvi dəyərlərimiz Azərbaycançılıq ideologiyasının tərkib hissəsidir”

14 Noyabr 2018 17:04

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə İsmayıllıda “Mənəvi dəyərlərimiz Azərbaycançılıq ideologiyasının tərkib hissəsidir” mövzusunda seminar-müşavirə keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mənəvi dəyərlərin təbliği fondunun icraçı direktorunun müavini Ceyhun Əliyev , Rayon administrasiyası və ictimaiyyət nümayəndələri iştirak ediblər. Çıxış edənlər “Mənəvi dəyərlərimiz- Azərbaycançılıq ideologiyası”, ölkəmizdə müxtəlif məzhəblər arasında Mənəvi dəyərlərimizin qorunması, həmrəyliyin təmin edilməsi barədə danışıb. Prezident İlham Əliyevin bu sahədə apardığı uğurlu siyasət xüsusilə vurğulanıb. Seminar zamanı iştirakçıların sualları da cavablandırılıb. Mənəvi dəyərlərimizin qorunub saxlanması üçün qarşıda duran vəzifələr müəyyənləşdirilib.