Oğuz-Şəki-Qax magistralında dumanlı hava sürücülərə çətinliklər yaradıb...

14 Noyabr 2018 16:54
Oğuz-Şəki-Qax magistralında səhər satlarından başlayan dumanlı, çiskinli hava sürücülərə bir sıra çətinliklər yaradıb. Dumanın kəskin olduğu yollardan biri də Bakı-Qaraməryəm-Balakən maGistralının Şəki rayonunun Qoxmuq kəndi ərazisindən keçən hissəsindədir. Qatı duman səbəbli magistralda görmə məsafəsi xeyli azalıb. Əsasən səhər saatlarında bu cür vəziyyət yollarda hərəkəti çətinləşdirir. Belə havada təbii ki, təhlükə də qaçılmaz olur. Azacıq ehtiyatsızlıq qəza hadisəsinə səbəb ola bilər. Buna görə də sürücülər son dərəcə diqqətli olmalı, görüntünün məhdud olduğu vaxtlarda sürət həddini aşmamalıdırlar. Dumanlı hava şəraiti Oğuz rayonunun Bucaq, Şəki rayonunun Oraban, Aşağı Göynük, Biləcik və sair ərazilərində də müşahidə olunur. Mövcud hava şəraitinin bir neçə gün davam edəcəyi gözlənilir. Odur ki, sürücülər çalışıb, ehtiyatı əldən verməməlidirlər.