Qaxda fərdi yaşayış evi yanıb...

14 Noyabr 2018 16:41

Qaxda ev yanıb. Hadisə axşam saatlarında Qax şəhəri İ.Nəsimi küçəsində Əsəd Məmmədova məxsus ümumi sahəsi 77 kv/m olan evdə baş verib. Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və şəxsi heyəti evin təmamilə yanmasının qarşısını alıb. Hadisə nəticəsində evin aynəbəndi içərisindəki əşyalarla birlikdə yanıb. Digər otağın bir hissəsi qismən zərər görüb. Bir otaq isə yanğından mühafizə olunub. Güclü alovlar nəticəsində evin çardaq hissəsində də 40 kv/m sahə yanıb. Çardaqda 37 kv/m hissə, həmçinin ətrafda olan yaşayış evi və mal tövlələri yanğından mühafizə edilib. Yanğın zamanı ev sahibləri evdə olmayıb. Yanğının hansı səbəbdən baş verdiyi araşdırılır.