Zaqatalanın Mazıx kəndində uşaq bağçasının açılışı oldu...

13 Noyabr 2018 17:09

Zaqatala rayonunun İcra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə Mazıx kəndində yerləşən Uşaq bağçasında olub, müəsisənin cari təmir işlərindən sonrakı vəziyyəti ilə tanış olub. 400-ə yaxın təsərrüfatın olduğu, 1623 nəfər sakinin yaşadığı Mazıx kəndində 1992-ci ildən uşaq bağçası fəaliyyət göstərir. Uyğunlaşdırılmış binada yerləşdirilən baxçanın son illər təmirə ehtiyacı olduğundan, uşaqlar üçün lazımi şəraitin yaradılması mümkünsüz idi. Rayon rəhbərliyinin tapşırığı ilə cari təmir edilən baxça lazimi avadanlıq və əşyalarlada təmin edilib. Təmir işləri ilə tanış olan Rayon rəhbərliyinə burada uşaqlar üçün yaradılan şərait barədə məlumat verilib. 20 yerlik uşaq qarışıq tipli bir qrupdan ibarət baxçada 8 nəfər müəllim, tərbiyəçi və texniki işçi uşaqların təlim-tərbiyəsivə qayğısı ilə məşğul olur.