Zaqatalada uşaq bağçaları qışa hazırdır...

13 Noyabr 2018 16:54

Zaqatala rayonunda fəaliyyət göstərən 42 uşaq bağçasının da hər biri qışa tam hazır vəziyyətə gətirilib. Uşaq bağçalarından 11-i müasir tipli qazanxana, 9-u duru yanacaq, 22-si isə odun vasitəsi ilə qızdırılır. Artıq bir müddətdir ki, bağçalar istilik sistemi ilə təmin edilib.