Ərəb turistlərin Qəbələdə ilk qar sevinci...

13 Noyabr 2018 16:44

Şimal-qərb bölgəsində havaların kəskin soyuması ilə bəzi dağlıq və dağətəyi rayonlara qar yağıb. Qəbələnin ucqar kəndləri, eləcə də yüksək ərazilər ağ örpəyə bürünüb. Dağlıq ərazilərdə qarın qalınlığı 10-15 sm-ə çatıb. Qar rayonda istirahət edənlər üçün də əsl sürpriz olub. Qarın yağması ilə Qəbələdə qış turizminə erkən start verilib. Hazırda yerli və xarici turistlərin kanat yolu ilə dağlarda gəzintisi təşkil edilir. Qış turizmindən həzz almaq üçün son iki gündə Qəbələyə gələn turistlərin sayında xeyli artım qeydə alınıb. Xüsusən də isti ölkələrdən Qəbələyə istirahət etmək üçün gələn ərəb turistlər bu anı yaşamaqdan xüsusi zövq alıblar. Bakıya gələn turistlər qarlı havanın zövqünü çıxarmaq üşün Qəbələyə məxsusi gəldiklərini deyirlər. Sinoptiklər isə Qəbələdə qarlı havanın hələ bir neçə gün davam edəcəyini proqnozlaşdırır.