Nağara, qarmon, skripka, tar, yoxsa fortepiano?

12 Noyabr 2018 16:04
Bir neçə il öncəyə qədər Zaqatala Rayon Uşaq İncəsənət məktəbinə daxil olan şagirdlər arasında nağara, qarmon, skripka alətlərini seçənlər üstünlük təşkil edirdisə də, son illər tar ifasına maraq nəzərə çarpacaq dərəcədə artıb. Fortopianoya isə maraq bütün dövrlərdə aktual olub.
Deyirlər, musiqi ruhun qidasıdır. Zaqatalada da musiqiyə, incəsənətə maraq yetərincədir. Rayonda ilk musiqi məktəbi 1953-cü ildə fortopiano və tar olmaqla iki ixtisas üzrə 7 illik tədris müəsisəsi kimi fəaliyyətə başlayıb.Tədricən ixtisas sayları artan məktəb 1989-cu ildə Rəssamlıq və rəqs dərnəkləridə olmaqla ümumilikdə 9 ixtisas üzrə İncəsənət məktəbi kimi fəaliyyətini bu gündə uğurla davam etdirir. Ötən il İncəsənət məktəbinin əsalı təmir edilməsi, və bütün müasir avadanlıqlarla təchiz edilməsi müəsisədə təhsilin keyfiyyətinədə müsbət təsir göstərib. 150 nəfər müəllimin çalışdığı Uşaq İncəsənət məktəbində 600 nəfər şagird seçdiyi ixtisasa uyğun təhsil alır.Son illər məktəbə daxil olmaq istəyən şagirdlər arasında xalq çalğı alətlərinə, əsasəndə tara marağın artması sevindirici haldır. Uşaq İncəsənət Məktəbi vaxtaşırlı rayon ictimaiyyəti qarşısında təşkil etdiyi konsert proqramları ilə şagirdləri ruhlandırmaq, həvəsləndirməklə yanaşı, həmdə gələcəkdə musiqi sahəsini seçəcək yeniyetmələri daha böyük səhnələrə hazırlayır.