Zaqatalada 9 noyabr Bayraq günü və 12 noyabr Konstitusiya günü qeyd edilib...

10 Noyabr 2018 16:58

Rayon rəhbərliyi və ziyalıların qatıldığı tədbirdə ilk əvvəl Ulu öndər Heydər Əliyevin abidəsi önünə çiçəklər düzülüb, xatirəsi yad edilib. Ardınca üçrəngli bayrağın dövlət himninin sədaları altında təntənəli surətdə səhnəyə gətirilməsi ilə konfransa start verilib. Bayrağımızın şanlı tarixindən bəhs edilən film nümayiş etdirilib. Çıxış edənlər başımız üzərində dalğalanan üçrəngli bayrağın hər bir Azərbaycan vətəndaşı üçün ali dəyər, qürur və mərdlik rəmzi olduğunu bildirib. Vurğulanıb ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.